Nəhəng kalmar görüntüləndi – VİDEO

Amerikalı tədqiqatçılar Meksika körfəzində nəhəng kalmarı müşahidə ediblər. Dəniz heyvanının görüntüləri “YouTube” kanalında paylaşılıb.

Çəkiliş 759 metr dərinlikdə aparılıb. Kalmarın uzunluğu təxminən 3,7 metr təşkil edib.

Kadrlardan göründüyü kimi, kalmar uzun ayaqları ilə işıq saçan aparatı sarımaq istəyir.

Alimlər bildirirlər ki, kalmarın ölçüsü böyük olsa da, o, insan üçün təhlükəli deyil.

XALQ.AZ
Yeganə