Nəciblik və xeyirxahlığın simvolu -MEHRİBAN XANIM ƏLİYEVA

Son illər ərzində qarşıya qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb. Fondun vətəndaşların hər bir müraciətinə həssas münasibəti, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əzmkar fəaliyyəti, təhsil, səhiyyə,mədəniyyət,və idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verməsi bu qurumun ən ali ideallara xidmət etdiyini təsdiqləyir. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın son dövrdə atdığı addımlar, onun vətənpərvərliyinin və xeyirxahlığının danılmaz sübutudur.


Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın məqsədli amalı, fədakarlığı, ictimai mövqeyi onu hər kəsə örnək edib. Mehriban xanım Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alıb. Hazırda Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətidə ölkəmizin müasirləşməsində, müxtəlif istiqamətlərdə inkişaf etdirilməsində, cəmiyyətin demokratikləşməsi istiqamətində uğurlu addımlar atır. Bu gün Azərbaycan stabil əsaslara söykənərək irəli gedir və inkişafına görə lider ölkələr sırasında yer alıb. Prezident İlham Əliyevin düşünülmüş ugurlu siyasətinin dəstəkçisi Birinci vitse- prezident Mehriban Əliyeva coxşaxəli fəaliyyətində yorulmaq bilmir. Mehriban xanım Əliyevanın fəaliyyəti müasir Azərbaycanın inkişaf tarixində xüsusi yerə malikdir.


Heydər Əliyev Fondu tərəfindən bu zamana qədər müxtəlif sahələri əhatə edən və böyük əhəmiyyətə malik olan çoxsaylı layihələr reallaşdırılıb. Bu layihələrin hamısı müasir müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr verməklə yanaşı, xalqa və dövlətə xidmət prinsipinə söykənib. İstər Azərbaycan mədəniyyətinin və xalqımızın milli-mənəvi dəyərlərinin dünyaya daha yaxından tanıdılması, həmçinin tariximizin yaşadılması, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması istiqamətində danılmaz işlər görülüb. Heydər Əliyev Fondu Azərbaycanın digər ölkələrlə dialoqunun genişləndirilməsinə də töhfəsini verir.


Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Bu gün Fond təkcə sosial layihələrlə deyil həmçinin tarximizin, mədəniyyətimizin qoruyucusudur. O cümlədən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, tariximizin və mədəniyyətimizin təbliğat simvoludur.


Mehriban xanım Əliyevanın bu günə qədər təhsilimizin inkişafına, tariximizin qorunmasına və mədəniyyətimizin təbliğinə bir sıra töhfələr vermişdir.

Zaur Mirzə-zadə

XALQ.AZ