Nəğməkar şairədən yeni ifa-“Babamın davamçısı”

Bu günlərdə nəğməkar şairə, tanınmış ifaçı Mehrim Hüseyn yeni mahnısını təqdim edib.

XALQ.AZ xəbər verir ki, “Babamın davamçısı” adlı ifanın bəstəsi də müəllifə aiddir. Klipdən də göründüyü kimi yeni əsər  cənab Prezident İlham Əliyevin fəaliyyət dövrünü əhatə edir.

Mahnı dövlət başçısının apardiğı daxili və xarici siyasəti, ölkədə gördüyü işlər və vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımlardan bəhs edir. Eyni zamanda bəstəkar bu mahnı ilə dünyanı bəlaya buruyən COVID 19 adlanan xəstəlikdən, xalqını qorumaq üçün  gördūyū operativ tədbirlərə və xalqa olan böyūk sevgisinə görə əvəzində təşəkkür olaraq ifadə edir. 


Mehrim Hūseyn bu ifası ilə Prezidentə xalqa içindən gələn saf duyğuları , ana- bacı sevgisini, dualarını çatdırır.

Əsər, həmçinin Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr edilib.

XALQ.AZ