Nərgiz Paşayevanın qızından yenilik

 

9

 

“Nargiz” jurnalının baş redaktoru Ülviyə Rəhmanova məşhur markanın “Art of The Trench” layihəsində iştirak edəcək.

Xalq.az  jurnalın saytına istinadən xəbər verir ki, daha əvvəl Paris, Şanxay, Seul və İstanbulda baş tutan layihə bu dəfə oktyabrın 25-də Kievdə keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən gələcək qonaqları tanınmış dəb məsləhətçisi Miraoslava Duma qəbul edəcək.Qeyd edək ki, bu layihə öz trençlərini “Burberry”dən seçən və öz individual üslublarını yaradan yüzlərlə insanın dünyanın ən yaxşı fotoqrafları tərəfindən çəkilən portretlərindən ibarətdir.