Nərimanovda “Hər şey Qarabağ üçün: Şuşasız 25 il” adlı tədbir keçirilib.

 

02 may 2017-ci il tarixdə Bakı Modern Təhsil Kompleksində Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Rayon Gənclər və İdman İdarəsinin, “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin və Bakı Modern Təhsil Kompleksinin birgə təşkil etdiyi “Hər şey Qarabağ üçün: Şuşasız 25 il” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Modern Təhsil Kompleksin baş direktoru, fizika üzrə fəlsəfə doktoru Mina Əliyeva, şair publisist, “Qarabağ tarixi” kitabın müəllifi Əyyub Şirlanlı, Şuşa Şəhər Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramlı, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Bakı Modern Təhsil Kompleksin müəllim heyəti və şagirdləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Modern Təhsil Kompleksin baş direktoru, fizika üzrə fəlsəfə doktoru Mina Əliyeva, şair publisist, “Qarabağ tarixi” kitabın müəllifi Əyyub Şirlanlı, Şuşa Şəhər Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramlı, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov qeyd etdilər ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.

Natiqlər qeyd etdilər ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb.

Sonra “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış “Şuşaya virtual səyahət” adlı videofilm nümayiş olundu.

Sonda Bakı Modern Təhsil Kompleksinin şagirdləri arasında keçirilmiş “Hər şey Qarabağ üçün: Şuşasız 25 il” adlı rəsm müsabiqəsinin qalibləri fəxri fərmanlarla təltif olundular.