Nəsib Məhəməliyev: “Belə polislərlə fəxr etməyə dəyər”

Milli Məclisin deputatı Nəsib Məhəməliyev özünün feysbuk hesabında yol polisinin nümunəvi davranışından yazıb.

XALQ.AZ xəbər verir ki,  deputat qeyd edib ki, dünən axşam saat 18-19 radələrində Tbilisi prospekti ilə Azər Əliyev küçələrinin kəsişməsində pik saatlarında olduğu kimi intensiv hərəkət vardı.

“Təxminən beş dəqiqə ailə üzvlərimlə birlikdə, ərazidə hərəkəti tənzimləyən, DYP-nin gənc müfəttişinin fəaliyyətini müşayiət edərkən, onun davranışlarının nə qədər kübar, işıqforun yanmasını gözləməyən, tez-tez yol hərəkəti qaydalarını səbirsizliklə pozan vətəndaşlarla apardıgı izahat işləri hər birimizin ürəyincə idi. Nümunəvi xidmətinə görə təşəkkür etdim və neçə müddət çalışdıgını soruşdum. Məlum oldu ki, cəmi bir aydır ki, xidmət edir. Halal olsun, yaxşı nümunədir, belə polislərlə fəxr etməyə dəyər”, – deyə deputat qeyd edib.

 

 

Orxan