Nəsib Məhəməliyev: “Destruktiv təbliğat aparanlara xalqın inamı yox dərəcəsindədir”

Korovirusun aşkarlandığı ilk gündən cənab Prezident İlham Əliyev prosesləri şəxsi nəzarətinə götürdü və nəticə göz qabağındadır.

Müsahibimiz Milli Məclisin deputatı,Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməlivdir;

Nəsib müəllim koronovirus pandemiyası dünya miqyasında böyük itkilərlə müşaiyət olunsa da, Azərbaycan bu prosesdən üzüağ çıxır. Ölkəmizin bir fors-masor vəziyyətə hazır olması kimi qiymətləndirmək olarmı?

Digər ölkələrlə müqayisədə Pandemiya ilə mübarizə kontekstində ölkəmizin əldə etdiyi uğurların kökündə bir mənalı olaraq ölkə Başçısının uzaqgörənlik və peşəkarlıqla atdığı qəti addımlar durur. Heç bir ölkə Covid-19 kimi təhlükəli virusun yaratdığı fors-major vəziyyətinə hazır deyildi. Hətta ən inkişaf edən ölkələr belə. Korovirusun aşkarlandığı ilk gündən cənab Prezident prosesləri şəxsi nəzarətinə götürdü və nəticə göz qabağındadır.

Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmizdə tətbiq olunan karantin vəziyyətindən bəzi işbazlar, xüsusən 5-ci kalonun təsir dairəsində olan qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün istifadə edirlər. Sizin bu barədə fikirlərinizi eşitmək maraqlı olardı…

Azərbaycanda koronovirusla mübarizə beynəlxalq təşkilatlar tərəfindən digər ölkələrə nümunə kimi göstərilir və xalq tərəfindən dəstəklənir. Ancaq təəssüf ki, özünü müxalifət adlandıran, əslində 5-ci kolonu təmsil edən az saylı qüvvələr yenə də görülən işlərə qara yaxmağa çalışırlar. Belə bir həssas dövrdə bu tipli işbazların etdiyi hərəkəti azərbaycan xalqı qəti şəkildə pisləyir və onların ümumi ictimai rəyə təsiri sıfra bərabərdir.

Nəsib müəllim postpandemiya dövrü dünyada və Azərbaycanda hansı izlər buraxacaq və sizcə, bu istiqamətdə hansı addımlar atılmalıdır?


Fakt odur ki, pandemiya ümumbəşəri xarakter daşıyır və dünyanın bütün ölkələrində iqtisadi fəallıq xeyli aşağı düşmüşdür və dünya iqtisadiyyatının bərpası üçün müəyyən vaxt lazımdır.Azərbaycana gəldikdə isə, Respublika Prezidenti cənab İlham Əliyevin başladığı sosial-iqtisadi, hüquqi islahatlar davam etdirilməli, qeyri neft sektoru, ələlxüsus kənd təsərrüfatının inkişafına, reqionların mərkəzdən maliyyə asılılığına, fundamental elmlərin inkişafına xüsisi diqqət yetirilməlidir. Ərzaq təhlükəsizliyi məsələləri maksimum daxili istehsal hesabına həll olunmalıdır. Ayrı ayrı rayonların ərazisində uzun illər ərzində şoranlaşmış, erroziyaya uğramış istifadəsiz torpaq sahələrini irriqasiya və meliorativ tədbirləri həyata keçirməklə dövriyəyə qaytarmaq, ekoloji problemləri həll etmək lazımdır.

Heydər Əliyev Fondu 100 min ehtiyacı olan ailəyə yardım edəcək. Bu addımı necə qiymətləndirirsiniz?


İndiki həssas zamanda Heydər Əliyev fondunun 100 min imkansız ailəyə yardım etməsi ən yüksək qiymətə layiqdir və fondun rəhbəri Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva gündəlik qayğısı nəticəsində belə humanitar layihələrin sayı minlərlədir. Sosial qayğıya ehtiyacı olan insanlar üçün, Fond ən çətin anlarda ümid yeridir

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən siyasi qüvvələrə böyük imkanlar yaradılıb. Lakin buna baxmayaraq, ölkəmizdə həyata keçirilən islahatları qaralamağa çalışan, hər vəchlə buna mane olmaq istəyən qüvvələr var. Onların bu addımına sizin münasibətinizi bilmək maraqlı olardı…

Parlament seçkilərindən sonra, cəmiyyətin bütün siyasi təbəqələri arasında dialoq mühiti formalaşdı. Parlamentdə təmsil olunan partiyaların nümayəndələri rəhbərlikdə yer aldılar. Digər siyasi partiyalarla əməkdaşlıq münasibətləri yarandı. Prezident Administrasiyasında Ədalət Vəliyevin rəhbərliyi ilə şöbə fəaliyyət göstərir. İki partiyanı çıxmaq şərtilə əlliyə yaxın siyasi qurum müxtəlif səviyyədə ictimai siyasi proseslərdə iştirak edir. Dialoqdan yayınan azsaylı qüvvələr isə, ictimai rəyə təsir imkanları məhdud olanlardır. Onların apardığı destruktiv təbliğata isə xalqın inamı yox dərəcəsindədir. Bu yaxınlarda keçirilən sorğuda 94,7 faizlik göstərici, xalqın cənab Prezident İlham Əliyevə inamının isbatıdır.