Nəsib Məhəməliyevin namizədliyi təsdiqləndi

YAP-ın rəsmi namizədlər siyahısında olan millət vəkillərindən daha birinin-Nəsib Məhəməliyevin namizədliyi qeydə alınıb.

XALQ.AZ məlumatına görə millət vəkilinin köməkçisi məlumatı təsdiqləyib.

Qeyd edib ki, namizədliyi bu gün 109 saylı Balakən Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

Nəsib Məhəməliyev 2-ci dəfədir seçkilərə qatılır.

N.Məhəməliyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü idi.