Nəsimidə aksiya-Fotolar

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən  20 saylı şəhər poliklinikasında rayon ictimaiyyətinin iştirakı ilə humanitar qanvermə aksiyası keçirilib.
İcra Hakimiyyətindən XALQ.AZ-a verilən məlumata görə, qanvermə aksiyası B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitunun Mərkəzi qan bankının xüsusi tibb briqadasının iştirakı ilə talassemiya və digər irsi xəstəliklərdən əziyyət çəkənlərə dəstək olaraq təşkil olunub.
Qanvermə aksiyasında Nəsimi rayonu ərazisində yerləşən idarə və təşkilatların, orta təhsil müəssisələrinin kollektivləri, ümumiyyətlə,  500-dən çox könüllü iştirak ediblər.
Aksiyada yüksək fəallıqla iştirak edən donorlar qanvermənin xeyirxah və savab iş olduğunu bildirərək, bu aksiyalarda iştirak etmənin hər bir kəsin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Фото Nəsimi Rayon İcra Hakimiyyəti.
Фото Nəsimi Rayon İcra Hakimiyyəti.
Фото Nəsimi Rayon İcra Hakimiyyəti.
Фото Nəsimi Rayon İcra Hakimiyyəti.
Фото Nəsimi Rayon İcra Hakimiyyəti.
Фото Nəsimi Rayon İcra Hakimiyyəti.
Фото Nəsimi Rayon İcra Hakimiyyəti.
Фото Nəsimi Rayon İcra Hakimiyyəti.