Nəticə 10 gün sonra məlum olacaq – Operativ Qərargah

Yoluxma statistikası ilə bağlı hər gün ictimaiyyətə məlumat verilir.

XALQ.AZ xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

“Sərt karantin rejiminin tətbiqi qonşu ölkələrdəki nəticəyə əsaslanır. Bu rejimin nəticəsi özünü erkən göstərə bilməz. Əgər nəticəni görmək istəyiriksə, bu, ən azı 10 gün sonra mümkün olacaq. Biz yoluxma sayının azalmasına ümid edirik”, – o bildirib.