Nəzərbəy Hacıağayev: “AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər olacaq”

XALQ.AZ xəbər verir ki, 28 May Azərbaycan Xalq Cumiryyətinin qurulmasının 100 ili tamam olacaq. Xatırlardaq ki, ölkə başçısı Cənab İlham Əliyevin sərəncamı ilə bu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Bununla bağlı ölkə ərazisində və Respublikamızın hüdudlarından kənarda silsilə tədbirlər təşkil olunur.

Türkiyə Respublikasının Təhsil Nazirliyinin nəzdinində fəaliyyət göstərən “FONO-Açıköğretim” qurumu ölkəmizdə fəaliyyətdə olduğu dönəmdən bu günə qədər vətəndaşlarımıza təhsil verməklə kifayyətlənməyib. Bu sözləri açıqlamasında “FONO” qurumunun Baş direktor müavini Nəzərbəy Hacıağayev bildirib. Qurum eyni zamanda ölkəmizin mədəni, siyasi-ictimai həyatında baş verən hadisələr zamanı öz mövqeyni rəsmi şəkildə nümayiş etdirib.

Daim Azərbaycan xalqının, Azərbaycan dövlətinin və Azərbaycan dövlətçiliyinin maraqlarını üstün tutan qurum fəaliyyət dönəmində iki böyük öndərin məhşur kəlamlarını özünə əsas prinsip hesab edib. Biz Ümummilider Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamından irəli gələrək özümüz üçün yaxşı olan nədirsə Azərbaycan üçün də onu arzuladıq. Özmüzə rəva bilmədiyimiz heç bir zaman Azərbaycana rəva bilmədik. Eyni zamanda da Türk dünyasının atası Mustafa Kamal Atatürükün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamı ilə sizin xoş günlərinizə sevinib, kədərli günlərinizdə qardaşlarımızla birgə üzüldük. Bu gün Azərbaycanlı qardaşlarımız dövlət quruculuğunun 100 ilini qeyd edir. Biz də Türkiyənin rəsmi bir qurumu olaraq bu sevincli hadisəyə laqeyd qala bilmərik. Buna görə də müəsisəmizdə elan olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İli” ilə əlaqədar silsilə tədbirlərimiz olacaq.

 

 

Orxan