Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı – VİDEO

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb.

2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu Nabrandakıı istirahət mərkəzlərindən birinin ərazisindən axan çayın kənarında aşkarlanıb.

Artıq İsmayıl ailəsinə təhvil verilib.


Bir neçə saat bundan əvvəl tapılan 3 yaşlı İsmayılın əmisi Məhəmməd Məsimov “Qafqazinfo”ya açıqlama verib. O, uşağın hazırda xəstəxanada olduğunu bildirib:

“Bir saata yaxındır ki, İsmayıl tapılıb. Uşağın vəziyyəti yaxşıdır. İndi yanımda deyil, xəstəxanadadır. Üzündə az-maz cızıqlar var, yüngülvari yaralanıb. Meşənin içərisində çayın kənarında tapılıb. Hələlik bu barədə məlumatımız var”.

Fotolar: APA