Nadir Hüseynov yeni vəzifəyə təyin olundu

Azərbaycan Respublikası (AR) Prezidenti İlham Əliyevin Sərəncamı ilə vəzifədən azad olunan Nadir Hüseynova yeni vəzifə verilib.

XALQ.AZ xəbər verir ki, bu barədə XİN Mətbuat xidmətindən bildirilib.

N.Hüseynov Xarici İşlər nazirinin əmri ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.