Nadir Qafarzadənin general qızı sevgilisi

24

 

 

Nadir Qafarzadənin keçmiş sevgilisi general qızı imiş.

Publika.az-ın məlumatına görə, müğənni bu barədə ATV-nin efirində danışıb. Rus sevgilsindən olan Sergey adlı oğlunun anası Alyona ilə tanışlığını dilə gətirən Nadir onun atasının general olduğunu deyib: “Murmanskda əsgərlikdə idim. Dostum məni evlərinə qonaq çağırmışdı. Elə qızı da orda gördüm. Atası general idi. Yedik-içdik, axırda da belə oldu. Oğlumuz olanda mən ona Bakıya gəlməyi təklif etdim, o, razılaşmadı. Dedi ki, orda müharibə gedir. Söhbət 1990-cı illərdən gedir. Anama da dedim ki, belə bir hadisə baş verib, qoy gedim onu evimizə gətirim. Anam dedi ki, get gətir, amma gəlib məni sağ görməyəcəksən. Anamdan keçə bilmədim. Bu günah qoy mənim babalıma yazılsın”.