Naftalanda 22 min ağac əkildi

 

Dünyanın tanınan beynəlxalq turizm mərkəzlərindən olan Naftalanın özünəməxsus kurort mikroiqlim mühitini qoruyub saxlamaq məqsədilə son 3 ildə şəhərin müxtəlif ərazilərində 94 min 200 ağac əkilib.

Əsasən Eldar şamlarının bu ərazidə əkilməsi Naftalanın quru iqlimi ilə birləşərək insanlara müalicəvi təsir göstərir. Elə bu səbəbdən də şəhərdə Eldar şamlarının əkilməsinə üstünlük verilib.

Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, şəhərin parklarına, küçə və prospektlərin kənarına, habelə çoxmənzilli yaşayış binalarının qarşısına 22 min 520 ədəd Eldar şamı, 200 sərv, 300 limonlu tuya, 380 liandra, 800 ədəd çinar ağacı əkilib.

Həmçinin ilk dəfə şəhərin dairəvi yolu boyunca 70 min nar tingi basdırılıb və fidanlara lazımi aqrotexniki qulluq göstərilib.

Cari ilin mayında da Naftalanda ağacəkmə aksiyaları davam etdirilib və şəhərin Bayraq meydanın ətrafına 400 ədəd Eldar şamı basdırılıb.

Bundan başqa son vaxtlarda Naftalana gələn turistlərin sayının çoxlamasını nəzərə alaraq şəhərin landşaft dizaynına diqqət artırılıb və müxtəlif yerlərdə 1500-dək dekorativ gül-çiçək kolları əkilib.