Naftalanda aztəminatlı ailələrə yardım paylanılıb – FOTO

DSC 01671600340962

Azərbaycan Qızıl Aypara Cəmiyyəti  (AzQAC) tərəfindən  xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq sovqatları, tibbi ləvazimatlar və gigiyenik vasitələr olan bağlamalar paylanılıb.

XALQ.AZ xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyəti və AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin birgə tərtib etdiyi siyahıya uyğun olaraq bağlamalar İcra Hakimiyyətinin və AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin əməkdaşları tərəfindən qeyd olunan kateqoriyadan olan 17 ailənin ünvanına çatdırılıb.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə, eləcə də ölkəmizdə və Naftalanda koronavirus  infeksiyasının  yayılmasının  qarşısının  alınması  məqsədi ilə görülən tədbirlərə  görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını  bildiriblər.

DSC 01121600340941
DSC 01171600340941
DSC 01271600340951
DSC 01531600340951
11600340962
DSC 01671600340962

XALQ.AZ