Naftalanda gündəlik reydlər davam edir – FOTO

DSC 00221598007932

Şəhərdə COVİD-19-a  qarşı həyata keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə  yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri də həyata keçirilir.    

XALQ.AZ xəbər verir ki, Naftalan şəhərində koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün aidiyyəti strukturların əməkdaşlarından ibarət hər birində 4 nəfər olmaqla 5 mobil qrup fəaliyyət göstərir. Mütəmadi olaraq şəhər ərazisində, ticarət, ictimai-iaşə və xidmət obyektlərində, banklarda sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə, eləcə də dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsinə  nəzarətin gücləndirilməsi məqsədilə mobil qrupların üzvləri tərəfindən müvafiq ərazi bölgüsü əsasında reydlər keçirilir, əhalinin sıx toplaşdığı ərazilərdə sakinlərlə fərdi qaydada izahetmə işləri aparılır.  

Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maska, əlcək, spirt və sair məhlullardan) istifadənin, sosial məsafənin gözlənilməsinin zəruri olduğu bildirilib. Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyekt sahiblərinə xəbərdarlıq edilərək qanuna müvafiq olaraq müvafiq strukturlar tərəfindən inzibati qaydada tədbirlər görülür.

Qeyd edək ki, mobil qruplar tərəfindən fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir.

DSC 01521598007948
IMG 53641598007991
modern.az DSC 0181 27

XALQ.AZ