Naftalanda hesabat iclası keçirilib

19 fevral 2020-ci il tarixdə Naftalan şəhərinin 2019-cu ilin sosial-iqtisadi  inkişafının yekunlarına və  2020-ci ildə qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilib.
     

 İclasda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
     

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
     

 Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov geniş hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar kurort şəhəri Naftalanın da bütün sahələrdə inkişafına müsbət təsir göstərib, makroiqtisadi göstəricilərdə müsbət dinamika müşahidə olunub. Qeyd edilib ki, Naftalan kurort şəhərinin hərtərəfli inkişafında əldə olunan nailiyyətlər cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır.
     

Tədbirdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov çıхış еdərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ötən 2019-cu ildə görülmüş işlər  və 2020-ci ildə qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib, həmçinin Naftalanda turizmin inkişafı sahəsində, həm də ümumilikdə şəhərdə görülmüş işləri, həyata keçirilən layihələri təqdirəlayiq hesab edib.
     

Hesabat məruzəsi ətrafında Naftalan şəhər Maliyyə şöbəsinin rəisi Saleh Tağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsinin müdiri əvəzi Eyvaz Nəcəfov və  sahibkar İlqar Hüseynov çıxış ediblər.
       

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olunub.

XALQ.AZ