Naftalanda növbəti monitorinq keçirilib – FOTO

IMG 09601593698903

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülür.

Xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərin icrası və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində zəruri tədbirlər davam etdirilir, dezinfeksiya və maarifləndirici tədbirlər  mütəmadi olaraq aparılır.

XALQ.AZ xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Polis şöbəsinin rəisi, Naftalan Bələdiyyəsinin sədri və Naftalan şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru şəhər ərazisində  karantin rejiminin tələblərinə riayət edilməsi və icrası vəziyyəti ilə yaxından tanış olub, sakinlərlə profilaktik söhbətlər edib, onlara özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi bir daha xatırlanıb. Rejimə əməl etməyən iki obyekt sahibinə ciddi və son xəbərdarlıq edilərək aidiyyəti qurumlar tərəfindən inzibati qaydada cərimə tətbiq olunub.

Həmçinin İctimai-iaşə obyektlərində, bərbərxanalarda, kafe və restoranlarda, banklarda və taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların sanitariya-gigiyena normalarına və qaydalarına, eləcə də dezinfeksiya rejiminə ciddi əməl edilməsinin vəziyyəti ilə də tanış olunub.

Əlavə olaraq apteklərə baxış keçirilib. Tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanan şəhər rəhbərinə bildirilib ki, kifayət qədər qoruyucu vasitə və dezinfeksiyaedici məhlullar ehtiyyatda var.

IMG 0884tttttttt1593698871
IMG 0914t1593698871
IMG 09251593698880
IMG 0930t1593698880
IMG 0939t1593698895
IMG 09571593698895
IMG 09601593698903

XALQ.AZ