Naftalanda onlar üçün panduslar quraşdırılır – Foto

1596802863 esas

Naftalanda  hərəkət məhdudiyyəti olanlar və uşaq arabalarının rahat hərəkətini təmin etmək üçün panduslar quraşdırılır.

XALQ.AZ xəbər verir ki, prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq kurort şəhəri Naftalanda son illər ərzində bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Həm şəhər sakinlərinin, həm də yerli və xarici turistlərin məmnunluğunun təmin edilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər görülür.

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Milli Məclisin deputatı Anar Məmmədovun dəstəyi ilə şəhər ərazisində, o cümlədən Heydər Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov və Qələbə parklarında, səkilərdə fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün  standarta uyğun  33 pandus quraşdırılıb. Bundan sonra 72-dək pandus  quraşdırılacaqdır.

Görülmüş işlər şəhərin ümumi inkişafına, vətəndaş məmnunluğuna, yerli və xarici turistlərin, eləcə də uşaq arabası ilə gəzənlərin maneəsiz gəzə bilmələrinə xidmət edir.

1596802879 dsc 0035
1596802862 dsc 0186
1596802906 img 0991
1596802885 dsc 0034
1596802873 dsc 0010
1596802935 dsc 0050t
1596802922 img 0295
1596802915 img 0251
1596802863 esas

XALQ.AZ