Naftalanda şəhidin xatirəsinə tikilmiş bulaq istifadəyə verildi – FOTO

Naftalan şəhərində şəhid Habil Əliyevin xatirəsinə tikilən abidə-bulağı və bulağın ətrafı əsaslı şəkildə təmir olunub.

XALQ.AZ xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhidimizin ailəsi ilə görüşüb, burada aparılan təmir-bərpa, restavrasiya işləri ilə tanış olub.

Şəhidin oğlu Samir Əliyev və şəhidin həyat yoldaşı Mahiyyə Əliyeva bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

XALQ.AZ