Naftalanda tədbir keçirilib

XALQ.AZ xəbər verir ki, 17 sentyabr 2018-ci il tarixdə Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və Naftalan Şəhər İcra Hakimiyyətinin  birgə  təşkilatçılığı ilə “İl boyu bilik” adlı layihə çərçivəsində “Bilik günü”  ilə əlaqədar  “Cümhuriyyət tariximiz –qürurumuzdur”  mövzusunda  tədbir  keçirilib.Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin və şəhər təhsil şöbəsinin nümayəndələri,məktəb direktorları,müəllimlər və məktəblərin X,XI sinif şagirdləri iştirak ediblər.

Tədbirdə  Bilik Fondunun Naftalan şəhəri üzrə təmsilçisi Kəmalə Hüseynova “Bilik Fondunun məqsədi və layihələri” mövzusunda və Naftalan şəhər İcra Hakimiyyəti başçısı aparatında  ictimai siyasi və humanitar məsələlər üzrə işin aparıçısı- baş məsləhətçi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun  lektoru Afət Mustafayeva “Cümhuriyyət tariximiz-qürurumuzdur” mövzusunda geniş məruzə ilə çıxış ediblər.

 

 

Orxan