Naftalanda yenilik – parklarda alternativ enerjidən istifadə olunacaq

DSC 0668t1600432547

Naftalan kurort şəhərinin simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin və buraya gələn turistlərin rahatlığının təmin edilməsi  istiqamətində abadlıq-quruculuq işləri  davam etdirilməkdədir.

XALQ.AZ xəbər verir ki, abadlıq-quruculuq işləri çərçivəsində pilot layihə olaraq uzun illərdən bəri işıqsız qalmış, şəhərin ən böyük parklarından sayılan Qələbə parkında yerli və xarici istehsalçıların birgə məhsulu olan yeni işıqlandırma sistemi quraşdırılıb.

Yeni işıqlandırma sistemi günəş enerjisi ilə qidalanan lampa və solar batariyalarla təchiz olunub. Gələcəkdə şəhər ərazisində bir neçə belə işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulub. Alternativ enerjidən istifadə ilə həm də elektrik enerjisinə qənaət olunacaqdır. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə gələcəkdə həmin işıqlanma sistemindən şəhərin müxtəlif yerlərində quraşdırlması nəzərdə tutulub.

Şəhər əhalisi və turistlər artıq gecə saatlarında da istirahət etmək və asudə vaxtlarını səmərəli keçirmək üçün sözügedən  parka üz tuta biləcəklər.

modern.az DSC 0657t 853
IMG 8238t1600432600
DSC 0665t1600432525

XALQ.AZ