Nahidə “Youtube” qazancını açıqladı-Video

Gənc müğənni Nahidə Babaşlı Xəzər TV-də yayımlanan 5-də 5 verilişində qonaq olub.

XALQ.AZ xəbər  verir ki, verilişin aparıcısı Zaur Kamal müğənnidən Youtube-də nə qədər qazanc əldə etdiyini soruşub.

Nahidə isə əvvəlcə bu sualdan yayınıb və cavab vermək istəməyib. Ancaq sonradan təkidlərdən sonra müğənni qazancı haqqında danışıb. O bildirib ki, Youtube-da qazanc stabil olmur: “Qazanc bəzən çox, bəzən isə az olur. Elə ay olub ki, 10 min manat qazanc əldə etmişəm”.

Qeyd edək ki, Nahidə Babaşlının Youtube kanalı Azərbaycanda ən çox baxış toplayan kanallar arasında ilk pillələrdədir. Onun videoları təkcə Azərbaycan yox, qonşu ölkələrdə də böyük rəğbətlə qarşılanır.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.