Namiq Qaraçuxurlunun ayağı sındı

01
Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu çəkiliş zamanı ağır xəsarət alıb.Bunu AzNews.az-a “Toy gecəsi” serialının çəkiliş meydançasında iştirak edənlərdən biri deyib. Onun sözlərinə görə, hadisə hazırda çəkilişləri davam edən “Toy gecəsi” bədii televiziya serialının çəkiliş meydançasında baş verib.

İlk bölümü yayımlandıqdan sonra reytinq göstəriciləri üzrə ölkədə izlənmə rekordu vuran “Toy gecəsi” filmi Murad Qəhrəmanov obrazını canlandıran Namiq Qaraçuxurlunun serialın növbəti bölümlərindən birindəki səhnələrin çəkilişi zamanı ayağı burxulub və sınıb.

Hadisə baş verdikdən dərhal sonra tanınmış sənətçiyə çəkiliş meydançasında təcili tibbi yardım göstərilib. Sənətçinin serialdakı onun iştirak etdiyi epizodların çəkilişləri qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Serialın icraçı prodüseri və rejissoru Aqil Adiloğlu faktı təsdiqləyib.