Naqif Həmzəyev seçicilərilə görüşüb

Millət vəkili Naqif Həmzəyev Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında yerləşən ofisində seçiciləri ilə növbəti görüşünü keçirib.

XALQ,AZ xəbər verir ki, Deputatın qərərgahından verilən məlumatda bildirilib ki, mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanır millət vəkili bu dəfə də seçiciləri ayrı-ayrılıqda qəbul edib. Naqif Həmzəyev ona unvanlanan müraciət və təklifləri səbrlə, təmkinlə, qayğı ilə dinləyib, eyni zamanda operativ tədbirlərin görülməsi üçün aidiyyatı qurumlarla əlaqə saxlayaraq, problemlərin həllinə nail olmağa çalışıb.

Görüşdə o da vurğulanıb ki, seçiciləri narahat edən məsələlər daim diqqət mərkəzində saxlanılır, araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülür, aidiyyatı orqanlara sorğular göndərilir, həlli çətin məsələlərin yoluna qoyulması üçün müvafiq addımlar atılır.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.