Naqif Həmzəyev Hacı Nuranı ziyarət etdi

V çağırış Milli Məclisin deputatı Naqif Həmzəyev xəstəxanada teleaparıcı Hacı Nuranı ziyarət edib.

XALQ.AZ-ın xəbərinə görə, N.Həmzəyev müalicənin gedişi ilə maraqlanıb, Hacı Nurana şəfalar diləyib.

Hacı Nuran N.Həmzəyevə ziyarətə gəldiyi üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, Hacı Nuran bir neçə gündür ki, xəstəxanaya yerləşdirilib. 43 yaşlı aparıcı xərçəng xəstəliyindən əziyyət çəkir.