Naqif Həmzəyev: “Neçə ildir ictimai nəqliyyatdan istifadə edirəm”

Milli Məclisinin deputatı Naqif Həmzəyev Bakıda metro vaqonunda fotokameralara tuş gəlib. Fotoda deputatın  ayaqüstə dayanaraq telefonu ilə məşğul olduğu əks olunub.

XALQ.AZ xəbər verir ki, Naqif Həmzəyev  modern.az-a  açıqlamasında deyib ki, uzun illərdir ki, ictimai nəqliyyatdan istifadə edir.

“Qatarda şəklimin çəkilməsinə nə deyə bilərəm ki!.. Bu adi haldır. Foto “Elmlər Akademiyası” stansiyasında qatarda gedərkən çəkilib. Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Gəncədə də işə çox vaxt piyada gedirəm. Burada qeyir-adi heç nə yoxdur”.

Qeyd edək ki, deputatın vaqonda çəkilən fotosu sosial şəbəkədə yayılıb.

 

 

Orxan