“Nar” abunəçiləri Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə internet bonuslar qazanır

Milli dəyərləri daim diqqətində saxlayan mobil operator “Nar” 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili və günü münasibətilə abunəçilərinə 1 GB internet bonus qazanmaq imkanı yaradır.
“Nar” abunəçiləri internet üzərindən keçirilən müsabiqədə iştirak edərək həm ana dili biliklərini sınaya, həm də qalib gələrək “Nar”dan internet bonusları qazana bilər.
“Nar”ın sosial şəbəkə hesablarında paylaşılan müsabiqədə iştirak etmək üçün mobil operatorun abunəçisi olmaq şərt deyil. Müsabiqə hər kəs üçün açıqdır. Lakin “Nar” abunəçiləri müsabiqənin qalibi olduğu təqdirdə ilk 20 qalibə 1 GB, sonrakı qaliblərin hər birinə isə 100 MB mobil internet hədiyyə edilir. Bonusu əldə etmək üçün müsabiqənin sonunda iştirakçı “Nar” nömrəsini qeyd etməlidir. Müsabiqədə bu keçid vasitəsilə iştirak edə bilərsiniz: https://www.nar.az/language-day.html?utm_source=facebook&utm_medium=social&utm_campaign=language_day.
Müsabiqə avqustun 2-də bitir.
Qeyd edək ki, “Nar” uşaqlar üçün Azərbaycan nağılları resursu yaradıb. 60 Azərbaycan xalq nağılı səsləndirilərək “YouTube” platformasında (bax.nar.az/nagil) yerləşdirilib və CD-lərə köçürülüb. Uşaqları müdafiə günü münasibətilə yaradılmış bu resurs xüsusilə valideynlər tərəfindən minnətdarlıqla qarşılanıb.
Azərbaycan Respublikasında latın qrafikalı əlifbaya ilk dəfə 1929-cu ildə keçilib və daha sonra 1940-cı ildə kiril qrafikası ilə əvəz olunub. Dövlət müstəqilliyinin bərpasından sonra, 1992-ci ildə yenidən latın qrafikasının tətbiqi barədə qanun qəbul edilib. Azərbaycan əlifbası və Azərbaycan dili günü 2001-ci ildə təsis edilib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.