“Nar” Bərdə sakinlərini danışıq dəqiqələri və SMS-lə təmin etdi

“Nar” Bərdə şəhərində olan abunəçilərinin yaxınları ilə kəsintisiz ünsiyyət qura bilmələri üçün balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib.

Şirkətdən XALQ.AZ-a bildirilib ki, düşmənin atdığı raket nəticəsində həlak olmuş şəxslərin yaxınlarına başsağlığı, yaralılar şəfa diləyirik! Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminik. 

Qələbə bizimdir!