“Nar” tələbələr üçün təqaüd proqramı elan edir!

Ölkədə informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsini hər zaman diqqət mərkəzində saxlayan “Nar” mobil operatoru Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün təqaüd proqramı elan edib. 

XALQ.AZ xəbər verir ki, universitetin informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan tələbələr təqaüd proqramında iştirak edə bilərlər. Bu təqaüd proqramı çərçivəsində 2019-2020-ci tədris ilində müvafiq ixtisaslardan olan və dərslərində yüksək göstəricilərə malik 5 tələbəyə aylıq təqaüd veriləcək.


Xatırladaq ki, “Nar” artıq ikinci ildir ki, rabitə sahəsində gələcəyin yerli peşəkarlarının yetişdirilməsinə dəstək məqsədilə Naxçıvanlı tələbələri üçün təqaüd proqramı təşkil edir.


“Nar” KSM startegiyası çərçivəsində müxtəlif yaş qruplarından və sosial təbəqələrdən olan şagird və tələbələrin maarifləndirilməsi, dünyagörüşünün artırılması və analitik düşüncə qabiliyyətinin inkişafı istiqamətində bir çox layihələrə imza atıb. Eyni zamanda, informasiya texnologiyaları sahəsinin daha da gücləndirilməsi və təşviqi üçün mobil operator təhsil müəssisələri ilə də əməkdaşlıqlar edir. Belə ki, Azərbaycan Texniki Universiteti və ADA Universiteti ilə tələbələrin praktiki biliklərinin inkişafına yönəlik uzunmüddətli layihələr həyata keçirilir.


“Nar”ın KSM layihələri barədə daha ətraflı məlumatı nar.az səhifəsindən əldə edə bilərsiniz.

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/