“Nar” TV ilə filmlər və seriallar Azərbaycan dilində

Azərbaycan telekommunikasiya bazarında ilk onlayn TV tətbiqi olan “Nar” TV-də yeniliklər edilib. Artıq “Nar” TV ilə TV kanalları və verilişlərlə yanaşı, film həvəskarları üçün sevdikləri filmlər, seriallar daha əlçatan olacaq. Belə ki, “Nar” TV tətbiqinə əlavə edilən geniş film bazası ilə seçilmiş filmləri Azərbaycan dilində də izləmək mümkün olacaq.

“Nar TV” tətbiqində hər kəsin zövqünə uyğun filmlər mövcuddur və tətbiqdə filmlər kateqoriyalarına görə bölünüb. Qeyd edək ki, “Nar”ın təqdim etdiyi bu məhsulun bütün üstünlüklərindən faydalanmaq üçün istifadəçilər “Google Play” və “App store”dan yenilənmiş tətbiqi yükləməlidir.

“Nar” TV tətbiqi vaxt və məkan sərhədi tanımır. Belə ki, “Nar” TV abunəçilərə istənilən məkanda və vaxtda mobil telefonlarda və ya tabletlərdə idman, əyləncə, uşaq, film, xəbər  də daxil olmaqla, 100-ə qədər seçilmiş yerli, regional və beynəlxalq televiziya kanallarına və filmlərə baxmaq imkanı verir.

Yeni qeydiyyatdan keçən istifadəçilər 1 ay ərzində “Nar TV” tətbiqindən ödənişsiz yararlana biləcəklər. “Nar TV”-nin digər üstünlüyü, vaxtınız olmadıqda ötürdüyünüz proqramlara 12 saat ərzində baxmaq mümkünlüyüdür. Aylıq abunə haqqı cəmi 3 AZN-dir. Abunəçilər “Nar TV”-yə “Nar”ın 4G şəbəkəsindən istifadə etməklə, tam keyfiyyətdə baxa bilərlər.

“Nar” TV-də valideyn nəzarət xidməti də mövcuddur. Bunun üçün xüsusi kanalları PİN kod vasitəsilə məhdudlaşdırmaq olar. Qeyd edək ki, “Nar” TV tətbiqində TV kanalları “Uninet”, filmlər və seriallar isə “MEGOGO” ilə əməkdaşlıq çərçivəsində təqdim edilir. “Nar” TV-nin digər üstünlükləri barədə daha ərtaflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.

“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

 

Orxan