Narkobaron həbs edildi-VİDEO

Azərbaycanlı narkobaron həbs edildi

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı həbs edilib.

Musavat.com-a istinadən xəbər verir ki, polis narkotik kartelində iştirakda şübhəli bilinənlərə qarşı əməliyyata yarım il hazırlaşıb.

Dəstənin başçısnın Azərbaycan vətəndaşı olduğu üzə çıxıb. Onun evində, eləcə də 8 başqa ünvanda axtarış aparılıb.

Axtarış aparılan ünvanların hamısında narkotik maddə tapılıb. 100 qramdan çox heroin aşkar edilib. Dəstə üzvləri metadon və trimetilfentanil preparatlarını yaymaqda da şübhəli bilinirlər.
Saxlanılanlar narkotikləri şəxsi istifadə üçün saxladıqlarını bildiriblər. Lakin mənzillərdən tapılan tərəzilər və narkotiki bükmək üçün materiallar bunun doğru olmadığını göstərib.

Qeyd edək ki, azərbaycanlı saxlanan zaman söyləyir ki, “bu heroin deyil, qənddi, hiss edirəm