Narkoloji Mərkəzin direktoru işdən çıxarılıb

Respublika Narkoloji Mərkəzinin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov vəzifəsindən uzaqlaşdırılıb

XALQ,AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib:

“Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib”.

Qeyd edək ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.

 

Elgün