NASA Ayın orbitində stansiya quracaq

2022-ci ildə ABŞ-da Ayın orbitində stansiyanın inşası üzrə işlərə başlanacaq.

XALQ.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə NASA rəhbəri vəzifəsini icra edən Robert Laytfut bildirib.

“Yaxın qonşumuzun uzunmüddətli tədqiqi və öyrənilməsi məqsədilə biz Ayın orbitində kosmik infrastrukturun inşasına başlayacağıq.

2022-ci ildə əsas güc və mühərrik elementini Ayın orbitinə göndərəcəyik. Bu seqmentlər ayın orbital stansiyasının təməli olacaq”, – deyə NASA rəhbəri bildirib.

Stansiyanın Lunar Orbital Platform-Gateway adlandırılacağı bildirilir.

Laytfut ABŞ-ın 2019-cu il büdcə layihəsinin ictimailəşdirilməsindən sonra NASA-nın  planları barədə danışıb. O bildirib ki, ABŞ 2020-ci illərdə Aya qayıtmağı və kosmosu ay orbitindən tədqiqini planlaşdırır.

Laytfutun sözlərinə görə, NASA ay proqramını davam etdirəcək və gələcək perspektivlər baxımından əsas nəzərləri Mars planetinə yönəldəcək.

RƏSUL