Natavanın 2500 manatlıq paltarı- Foto

Müğənni Natavan Həbibi dənizkənarı istirahət mərkəzlərinin birində konsert verib.

XALQ.AZ Axşam.az-a istinadən xəbər verir ki,  müğənni gecədə fərqli görünüşdə tamaşaçıların qarşısına çıxıb. Belə ki, uzun müddətdir kəkillə və qısa saçla dolaşan ifaçı onları uzadıb. Natavanın əvvəlki halına qayıtması izləyicilərinin əksəriyyəti tərəfindən bəyənilib.

Müğənninin qaşlı qlamur libası da diqqət çəkib. Modelyer Elnarə Bəkirovanın əl işi olan geyimin qiyməti 2500 manatdır. Tüldən hazırlanan libasın üzəri qaşlarla və güllərlə bəzədilib. Paltarın arxasına isə uzun şleyf vurulub.

Natavanın gecədəki saç və makiyajını Səbinə İmanova edib. Bir çox izləyicilər Natavanın bu seçiminin konsert verdiyi məkana uyğun olmadığını da yazıblar.

 

 

 

Orxan