NATO-nun yekun bəyanatı açıqlandı

Brüsseldə keçirilən NATO ölkələri sammitində dövlət başçılarının imzaladığı yekun bəyanat açıqlanıb.

XALQ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyanatda yer alan bəzi maddələr bunlardır:

  • Müttəfiq olaraq bir-birimizi müdafiə məsuliyyətini ədalətli şəkildə bölüşəcəyik.

  • Türkiyəyə cənub sərhədindən gələcək təhdidlərə qarşı tədbirləri artıracağıq.

  • Müttəfiqlər terrorla mübarizədə birlik və həmrəylik içində olacaq.

  • Türkiyənin son 4 ildə Suriyadan raket atəşinə tutulmasından narahatıq. Suriyadan gələn raket təhdidini izlməyi və qiymətləndirməyi davam etdirəcəyik.

  • Son 4 ildə müdafiə xərclərinin artması təqdirə layiqdir.

  • Rusiyanın fəaliyyəti stabilliyi və təhlükəsizliyi risk altına alır.

  • 2024-cü ilə qədər qurudan, havadan və dənizdən hərbi fəallığı daha da artırmaq nəzərdə tutulur.

  • Belçikada Kiber Əməliyyatlar Mərkəzi qurulması qərara alınıb.

  • 2024-cü ilə qədər Əfqanıstana maliyyə dəstəyi davam etdiriləcək.

Qeyd edək ki, NATO-nun növbəti sammiti 2019-cu ildə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.