NATO və Rusiya arasında hərbi konflikt riski azdır

Rusiya və NATO arasında hərbi konflikt az inandırıcıdır, amma bununla belə o baş tuta bilər.
XALQ.AZ xəbər verir ki, bu məlumat NATO-nun Müdafiə Kollecinin hesabatında yer alıb.
Hesabatda Baltikyanı ölkələrə daha çox ABŞ hərbçinin göndərilməsi gərəkdiyi vurğulanıb. Buna əsas səbəb kimi Moskvanın bu respublikaları Avropanın təhlükəsizlik arxitekturasını dağıtmaq üçün istifadə edə biləcəyi göstərilib:
“Son 10 ildə Rusiya Avropa təhlükəsizlik arxitekturasını dağıtmaq niyyətlərini nümayiş etdirib. NATO və Rusiya arasında hərbi konflikt riski azdır, amma bununla belə ona ehtimal kimi baxmamaq olmaz”.

Yeganə