Naxçıvana uçuşlarla bağlı TƏBİB sədrindən – Açıqlama+Video

“Daxili uçuşların yaxın günlərdə bərpası gündəmdədir”.

XALQ.AZ-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hava nəqliyyatında uçuşları tənzimləyən metodik göstərişlər hazırlanıb və təsdiqlənib: 

“İstər hava gəmisinin içərisində daxili yoxlama prosesinin tətbiqi, istər sərnişinlərin say məhdudiyyəti, o cümlədən, daxili uçuşlar zamanı laborator analizlərin keçirilməsi məsələsi var. Burada bəzi müzakirəsi tamamlanmamış məqamlar var. Bunlar da tamamlanmaq üzrədir. Beynəlxalq uçuşlara gəldikdə isə , bu istiqamətdə müzakirələr davam etdrilir. Gözlənilir ki, bu tarix 1 iyula kimi gecikdirilə bilər”.