Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlanıb – 1-i sağalıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi koronavirusla bağlı yeni məlumat yayıb. 

XALQ.AZ  həmin məlumatı təqdim edir:

“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq  1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”.