Naxçıvanda gündəlik təyyarə reyslərinin sayı 10-a çatdırılıb

Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi bayram günlərində gücləndirilmiş iş rejimində çalışır. Xidmətin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.

XALQ.AZ xəbər verir ki, bayram münasibətilə qrafikə uyğun olaraq reyslərin sayı artırılıb. Gündəlik reyslərin sayı 4-dən 10-a çatdırılıb.

Ötən il ərzində yerli hava xətləri ilə 2146 reys, 308 min 249 sərnişin, 4 milyon 899 min 681 kiloqram baqaj, 912 min 629 kiloqram yük, 53 min 892 kiloqram poçt daşınıb. Beynəlxalq daşımalarda isə 140 reys həyata keçirilib. Naxçıvan–İstanbul istiqamətində 4 min 249 sərnişin, eləcə də 58 min 496 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində 4 min 128 sərnişin, 77 min 249 kiloqram baqaj daşınıb.

Qeyd edək ki, sərnişin sıxlığına baxmayaraq bayram günlərində bilet satışında heç bir problem yaranmayıb.

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/