Nazarbayev Rusiyaya getdi

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Rusiyaya işgüzar səfərə gəlib.

XALQ.AZ xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi Aydos Ukibay məlumat verib.

Onun sözlərinə görə, səfər zamanı Nazarbayev Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Moskva şəhər günü münasibətilə keçirilən tədbirlərdə iştirak məqsədilə Rusiyaya gələn Nazarbayev burada təşkil edilmiş Qazaxıstan milli pavilyonuna da baş çəkəcək.