Nazilə Şəbnəmə söz atdı-Foto

Tamada Nazilə Səfərli özünə el-obasının təxəllüsünü götürənləri kəskin tənqid edib.

XALQ.AZ xəbər verir ki, bu barədə sənətçi öz “İnstagram” səhifəsində qeyd edib.

N.Səfərli bildirib ki, hər hansı tanınmış sima özünü doğrultmadığı halda götürdüyü təxəllüs el birliyi ilə ondan alınmalıdır:

“Bu, mənim şəxsi fikrimdir və hər kəsə şamil deyil… Hər bir yazar, şair, aşıq, xanəndə, mügənni, yaxud adını məşhurlaşdırmağa çalışan və buna müvəffəq olan insan özünə el-obasının (şəhər, kənd, mahal və. s ) adını təxəllüs, ləqəb götürürsə, boynuna ağır yük götürdüyünü dərk etməlidir. Ümumiyyətlə, təxəllüs götürməzdən əvvəl ağsaqqallardan, o el-obanın qeyrətli oğullarından icazə alınmalıdır. Məhz bu təxəllüslərə görə çox hörmətli insanlar boyun bükür, qana düşür. Niyəsi odur ki, bölgə adını üstünə götürüb tuman-paça video paylaşa bilməzsən, ay müğənni! Əlində şərab stollar gəzə bilməzsən! İstər qadın, istər kişi, əlinə saz alıb saunada, hovuzda sərxoş kişilərə saz çala bilməzsən, ay aşıq! Əlinə tar-kaman alıb hamam qonaqlığında göbəyinə fitə bağlayıb otura bilməzsən, ay tarzən, ay xanəndə! Adını şair, yazar qoyub papaq kimi başdan-başa qona bilməzsən, adını jurnalist qoyub dilənçiliklə, şantajla pul qazana bilməzsən! Hər istədiyini geyinə bilməzsən, ağlına gələn vaxt soyuna bilməzsən! Heç nimdaş da gəzə bilməzsən! Pul çox ayıbları müvəqqəti örtür, amma ləkəsini el götürür. Nədir elin günahı?! Sərbəst olmaq istəyirsənsə, təxəllüsün quş olsun, sərxoş olsun, eyş olsun, amma, “El” olmasın! Eldən ayıbdır, elə yazıqdır. Səndən öncə bu yurda daş qoyub, ev yapan kişilər sənin təxəllüsünə görə utanmamalıdır!”.

Qeyd edək ki, bu günlərdə müğənni Şəbnəm Tovuzlu mini şortiki ilə gündəmə gəlmişdi. Sosial şəbəkə izləyiciləri onu geyiminə görə tənqid atəşinə tutmuşdular. İddialara görə, Nazilə Səfərli bu sözləri müğənni Şəbnəm Tovuzluya ünvanlayıb.

Orxan