Nazilə Səfərli əri və qaynanası ilə səsvermədə

XALQ,AZ xəbər verir ki, Şairə Nazilə Səfərli ilk dəfə həyat yoldaşı ilə fotosunu üzə çıxarıb. Şairə həmin şəkli “İnstagram” səhifəsində paylaşıb. Fotoda şairənin əri ilə yanaşı, qayınanası da yer alıb. O, ailəsi ilə birlikdə prezident seçkilərinə səsvermədə iştirak etdiyini yazıb: “Gözəl ailəmlə seçkidəyik. Azərbaycan Respublikasının vətəndaşı olduğum üçün qürur hissi duyuram”.

Nazilə fotonun şərh bölməsini bağlayıb.

Qeyd edək ki, 22 illik ailəli olan Nazilə Səfərlinin Nurlan və Turan adlı iki oğlu var.

 

Elgün