Nazim Veysovun yeni qazanc yeri

Şəmkirin icra başçısı rayona Rusiyadan qayıtmış azərbaycanlıları sıxışdırmağa başlayıb

 

75

Rusiyada baş qaldırmış narazılıqdan sonra bu ölkədə yaşayan azərbaycanlıların bir qismi artıq geri dönməyə başlayıb. Artıq əksər rayonlarda Rusiyadan gələnlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Qismən imkanı olan şəxslərin pula gəldiyini bilən icra başçıları isə onların əlindəkiləri almaq üçün bəhanələr düşünməyə başlayıblar.

 

Xalq.az-a verilən məlumata görə, Şəmkirin icra başçısı Nazim Veysov yaranmış vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Elə bu səbəbdən də o, Rusiyadan gəlmiş adamların siyahısını tutduraraq, onları müxtəlif formada sıxışdırmaq yolunu seçib. Maddi imkanları orta səviyyədə olan miqrant azərbaycanlılar isə üzləşdikləri müxtəlif problemlərdən yaxa qurtarmaq üçün məcburiyyət qarşısında qalaraq, icra başçısı ilə hesablaşmalı olurlar.