Nazir 43-cü bölmənin rəisi və 4 əməkdaşını işdən çıxardı

Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və  bir neçə əməkdaşı işdən çıxarılıb.

XALQ.AZ-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb.

Xəbəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsindən təsdiqləyiblər.