Nazir ciddi tapşırıq verdi-SON DƏQİQƏ

zakir hasanov 160914 1

Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir.

Bu barədə XALQ.AZ-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

442689 src

Qeyd edək ki, son günlər ermənipərəst saytlarda Azərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun döyüş əməliyyatlarının planlaşdırılması və idarəolunmasından uzaqlaşdırılması, hətta həbs olunması barədə məlumatlar yayılıb. Amma fotodan məlum olur ki, N.Sadıkov Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və ordunun digər rəhbər şəxsləri ilə birlikdə döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, “Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir”.

Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə atəşə tutulub. Bildirilir ki, düşmən Gəncə şəhərini Ermənistan ərazisindən atəşə məruz qoyub.