Nazir Daşkəsəndə-Fotolar

dd 2

Sentyabrın 24-də Azərbaycan Respublikasının İqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının “Açılış zəngi” mərasimində iştirak etmək məqsədilə Daşkəsən rayonuna gedib. 

XALQ.AZ xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ilə İqtisadiyyat naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.

Daha sonra “Daşkəsən” Dəmir filizi mədənin şimal-qərb ərazisində görüş keçirilib. “AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov giriş nitqi ilə əhatəli çıxış edərək Prezident cənab İlham Əliyevin 2020-ci il 6 avqust tarixli Sərəncamına uyğun olaraq “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin gedişatı barədə hesabat məruzəsini edib. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov möhtərəm Prezident  İlham Əliyevin tapşırıqlarına uyğun Daşkəsən rayonunda qara metallurgiya sanayesində qarşıda görüləcək işlər barədə çıxış edərək geniş məlumat verib, qısa müddət ərzində “Daşkəsən” dəmir filizi mədəninin müasir beynəlxalq standartlara uyğun yüksək  səviyyədə işə salınacağını bildirib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçı Əhəd Abıyev isə çıxışında deyib:

“AzerGold” QSC-nin fəaliyyəti ölkəyə böyük valyuta gətirməklə yanaşı, bölgənin inkişafına və rayonda işsizliyin aradan qaldırılmasına səbəb olmuşdur. Şübhəsiz, Daşkəsənin dəmir filizi mədənləri də Çovdar qızıl mədənləri kimi müasir istehalat sahəsinə çeviriləcək, ərazidə işsizliyi tamamilə aradan qaldıracaq, bütövlükdə  Azərbaycanımızın inkişafına,  tərəqqisinə öz böyük töhfəsini verəcəkdir. Daşkəsənlilər möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın ətrafında həmişə olduğu kimi daha sıx birləşəcəklər. Rayonumuza göstəriləndiqqət  və qayğıya görə bütün daşksənlilər adından ölkə rəhbərinə və hörmətli Nazir, Sizə dərin minnətdarlığımızı bildirik”.

Görüşdən sonra İqrisadiyyat naziri Mikayıl Cabbarov ölkə iqtisadiyyatı üçün əlamətdar hadisə olan Azərbaycan iqtisadiyyatının “Açılış zəngi” mərasimində iştirak etmək üçün “AzerGold” QSC-nin Daşkəsən rayonunun “Çovdar” qızıl mədəninə gedib. 

120128020 2400198870288525 6858448782276252408 o.jpg? nc cat=105& nc sid=730e14& nc ohc=GSnnxty7854AX90DVXI& nc ht=scontent.fgyd5 2
120135252 3806131472783366 1714016305703730676 o.jpg? nc cat=100& nc sid=cdbe9c& nc ohc=L9sBanrFop4AX95fUiU& nc ht=scontent.fgyd5 1
120138987 3806131446116702 1739591808968407417 o.jpg? nc cat=103& nc sid=cdbe9c& nc ohc=oQfg8cpd1lIAX8YWc02& nc ht=scontent.fgyd5 2
120157259 3806131729450007 7576268682378435202 o.jpg? nc cat=101& nc sid=cdbe9c& nc ohc=TcV1xdnd8mMAX 9QEpv& nc oc=AQmxSyUaUJu1COSK1DAwTiytjxn9PdjbsRWB5Gl8bBbLfDPCo2TkeFzF 9QrFk hPPA& nc ht=scontent.fgyd5 1

XALQ.AZ