Nazir Fərid Qayıbov müavini vəzifədən çıxarılandan sonra…..
Xəbər verdiyimiz kimi, Mariana Vasileva gənclər və idman naziri müavini vəzifəsindən azad edilib.
XALQ.AZ-ın məlumatına görə, nazir Fərid Qayıbov işdən çıxarılan müavini ilə selfisini sosial şəbəkə hesabında paylaşıb. Qayıbov sabiq müavini ilə fotosuna hər hansı şərhi verməyib.
Qeyd edək ki, Mariana Vasileva idmançılara qarşı çox kobud hərəkətlərdə ittiham edilirdi.
Qeyd edək ki, 2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin Sərəncamı ilə Mariana Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini təyin olunmuşdur.16 yanvar 2025-ci ildə Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad edilib.