Nazir gələn həftə Ağdaş, Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək

19

İqtisadi inkişaf naziri Şahin Mustafayev oktyabrın 12-də Ağdaş, Ucar və Göyçay rayonlarından olan vətəndaşlarla görüşəcək.

Xalq.az  nazirliyə istinadən verdiyi xəbərə görə, qəbul saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti, 98) təşkil olunacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin office@economy.gov.az Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: aran.regional@mail.ru, aranregional@rambler.ruBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) vasitəsilə müraciət edə bilərlər.

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.